İran, Ermənistan və Hindistan Tehranda nəqliyyat dəhlizləri məsələlərini müzakirə edəcəklər
Bu həftə Tehranda Ermənistan, İran və Hindistan Xarici İşlər nazirliklərinin nümayəndələrinin görüşü keçiriləcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə "The Economic Times" məlumat yayıb. Danışıqların əsas mövzusu Çabahar limanının (Hindistan) inkişafı və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin təşviqi olacaq. Bildirilir ki, bu, İran və İsrail arasında iyun ayında baş verən münaqişədən sonra tərəflərin ilk strukturlaşdırılmış məsləhətləşməsi olacaq.
Xəbəri paylaş
Facebook-da paylaş
