Azərbaycan sərhədini pozan İraq vətəndaşı saxlanılıb
Azərbaycan dövlət sərhədini pozan İraq vətəndaşı saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabr ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib. Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan İraq Respublikası vətəndaşı – 2006-ci il təvəllüdlü Qburi Ameer Visman saxlanılıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
