Məktəbəqədər təhsilin əhatəliliyinin artırılması üçün yeni modellər tətbiq olunacaq
Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə uğur qazananların orta yaşı 28-dir. Şəffaflıq.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov 2025-2026-cı tədris ilinə həsr olunan tədbirdə çıxış edərkən deyib. O bildirib ki, bu ilki müsabiqə nəticəsində 4 500-ə yaxın müəllim işə qəbul edilib: "Müəllimlərimizin əksəriyyəti gənclərdir". E.Bağırov həmçinin qeyd edib ki, yeni tədris ilinin priotitet istiqamətləri müəyyən olunub: "Məktəbəqədər təhsilin əhatəliliyinin artırılması üçün yeni modellər tətbiq olunacaq. Növbəti aydan özəl bağçalara qəbulla bağlı elanlar veriləcək".
Xəbəri paylaş
Facebook-da paylaş
