Bakıda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 19 nəfər xəsarət alıb


Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı 19 nəfər xəsarət alıb.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Qala-Pirallahı yolunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə sentyabrın 8-i saat 06:30 radələrindən etibarən 19 nəfər (18 qadın, 1 kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 12 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda tibb müəssisəsində 7 nəfərin müayinə və müalicəsi davam etdirilir.

Vəziyyətləri orta ağır qiymətləndirilir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}