Rusiyanın müvəqqəti işlər vəkili Polşa XİN-ə çağırılıb


Rusiyanın Polşadakı səfirliyinin müvəqqəti işlər vəkili Andrey Ordaş PUA-larla bağlı insidentlə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Sentyabrın 10-da yerli vaxtla saat 12:00-da XİN-ə çağırılmışam", - diplomat agentliyə bildirib.

Məlum olduğu kimi, Polşa sentyabrın 10-u gecə saatlarında Ukraynaya qarşı kütləvi hücum zamanı Rusiya dronlarının onun hava məkanını pozduğunu bildirib və ilk dəfə olaraq onları vurmağı qərara alıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}