Deputat: Universitetlər imkanlarını nəzərə almadan magistratura üçün plan yerləri verirlər
Kadr hazırlığına potensialı olan və ya olmayan bütün universitetlər magistratura üçün plan yerləri verirlər. Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov komitənin bugünkü iclasında deyib. O qeyd edib ki, magistr təhsili alan şəxslə magistratura səviyyəsində oxumayan şəxslərə əmək bazarında heç bir fərq qoyulmur: "Bu isə magistraturaya marağın azalmasına səbəb olur".
Xəbəri paylaş
Facebook-da paylaş
