Şəmkirdə qayınata ilə kürəkən arasında yaranan mübahisə ölümlə nəticələnib.


Şəmkirdə qayınata ilə kürəkən arasında yaranan mübahisə ölümlə nəticələnib.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Sarıtəpə kəndində qeydə alınıb. 

Belə ki, 1968-ci il təvəllüdlü Sənan Əsgərov kürəkəni, 1993-cü il təvəllüdlü Tural Abdullayevlə dalaşıb.

Dava qısa zamanda daha da şiddətlənib və S.Əsgərov kürəkəninə, T. Abdullayev də qayınatasına bıçaqla xəsarətlər yetirib.

Hər 2 şəxs xəstəxanaya çatdırılsa da, T. Abdullayevin həyatını xilas etmək mümkün olmayıb. Sənan Əsgərovun vəziyyəti isə kafi qiymətləndirilir.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}