Gəncədə ağır yol qəzasında 8 nəfər yaralanıb
Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü M. Məmmədzadə, 1968-ci il təvəllüdlü R. Həsənova, 1994-cü il təvəllüdlü R. Həsənov, 1989-cu il təvəllüdlü G. Qurbanova, 1968-ci il təvəllüdlü S. Əsgərova, 2006-cı il təvəllüdlü X. Əliyeva, 1979-cu il təvəllüdlü P. Zeynalova və 1958-ci il təvəllüdlü R. Abbasova xəsarət alıblar. Yaralılar dərhal xəstəxananın təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
