Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Şəffaflıq.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; 4. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 5. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində; 6. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 8. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində; 9. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində; 10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.
Facebook-da paylaş
