Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə sentyabrın 13-də Bakı-Ağstafa, sentyabrın 14-də isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir. Şəffaflıq.az bu barədə ADY-yə istinadən xəbər verir. Hərəkət cədvəli və biletlərlə bağlı məlumatı rəsmi saytımız (www.ady.az), "ADY Mobile" tətbiqi, dəmiryol kassaları, eləcə də 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.
Xəbəri paylaş
Facebook-da paylaş
