Kürdəmirdə leysan yağış nəqliyyatın və sakinlərin hərəkətini çətinləşdirib


Kürdəmirdə leysan yağış bir sıra fəsadlar törədib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, saat 21:30 radələrində yağmağa başlayan güclü yağış həm avtomobillərin, həm də piyadaların gediş-gəlişini çətinləşdirib.

Yağış suları rayonun Şəhriyar, şəhid Fuad Şirəliyev, Məhəmməd Hadi küçələrini, eləcə də Babək prospektini keçilməz edib. Hazırda rayon ərazisində güclü yağış yağmaqda davam edir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}