Şəhid kapitan Niyət Şirəliyevin anım mərasimi keçirilib


 Vətən müharibəsində canını fəda edən qəhrəman zabitlərimizdən biri də kapitan Niyət Şirəliyev olub.
Şəffaflıq.az  bildirir ki, Niyət Şirəliyev 1990-cı ildə Şamaxı rayon, Ovculu kəndində anadan olub.
O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Leytenant rütbəsi alaraq zabit kimi Müdafiə Nazirliyinin Təlim- Tədris Mərkəzində öz ixtisası üzrə biliklərini artırıb.
Vətən müharibəsi rəhbərlik etdiyi heyətlə birlikdə Kəlbəcər uğrunda gedən döyüşlərdə, Murovdagda olan yüksəkliklərin işğaldan azad edilməsi əməliyyatlarında iştirak edib. O, düşmənin dərinliklərinə sızaraq onların çoxlu sayda canlı qüvvəsini məhv edib. Qəhrəman zabitimiz həmin ərazidə gedən gərgin döyüşlərdə şəhid olub.
Qeyd edək ki, şəhid Niyət Şirəliyev 2016-cı ildə Aprel döyüşlərində və 2020-ci ildə Tovuz rayonunda düşmən təxribatının qarşısının alınmasında da iştirak edib.
Ruhun şad olsun cənab kapitan! Sizin kimi qorxmaz hərbçilərimizin qəhrəmanlığı nəticəsində ərazilərimiz işğaldan azad olundu.
 Ana bildikləri Vətən uğrunda canlarından keçərək ən uca zirvəyə , şəhadətə ucaldılar. O zirvəni fəth edənlərdən biri də Niyət Şirəliyevdir...
Niyət Şirəliyev hələ orta məktəb illərindən qəlbindəki vətənpərvərlik hissləri ilə yaşıdları arasında seçilib. Bunun nəticəsidir ki, orta məktəbdən sonra hərbi təhsil alaraq zabit kimi ordu sıralarına qoşulub və Vətənin keşiyində durmağa başlayıb. Hərb işinə, hərbi sirrə və xüsusən də özündən yuxarı komandir heyyətinə sadiq olduğu kimi, tabeliyində olan əsgərlərə də hərbini sevdirməyi bacarıb kapitan Şirəliyev. 2020-ci ildə Vətən müharibəsi başlayanda o da digər silahdaşları kimi ön cəbhəyə yollanıb. Səngərlərdə düşmənin canlı qüvvəsi və texnikasının məhv edilməsində böyük şücaətlər göstərərək qəhrəmancasına şəhid olub. Yaşasaydı sevdikləri ilə 31-ci yaşını qeyd edəcəkdi. Amma o Vətəni seçdi və bu yolda canını fəda etdi. Müharibə zamanı vaxt tapdıqca ara-sıra ailəsi ilə əlaqə saxlayar, hər şeyin yaxşı olduğunu deyərmiş. Belə zənglərdən biri də sentyabrın 26-sı çalınıb Şirəliyevlər ailəsində. Həyat yoldaşı ilə danışan şəhidimiz şəhadət şərbətinin tamını alırmış kimi uşaqlarını əmanət edib, ailəsi ilə vidalaşıb. Bu, onun son zəngi olub. Cəsur kapitan rəhbərlik etdiyi şəxsi heyyətlə birgə Kəlbəcər ərazisində yerləşən bir sıra yüksəkliklərin düşmən tapdağından azad edilməsində əvəzsiz xidmətlər göstərib, son damla qanına qədər qəhrəmanlıqla vuruşub. Niyət Şirəliyev sentyabrın 27-si şiddətli döyüşlərin birində şəhadətə yüksəlsə də nəşi 86 gün sonra tapılaraq Şamaxının Şəhidlər xiyabanında dəfn edilib. Niyətdən geriyə isə Vətənə əmanət iki övladı qalıb.










Niyət Şirəliyev 1990-cı il fevralın 9-da Şamaxı rayonunun Ovçulu kəndində anadan olub.[1]
1996-2007-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb.
Niyət Şirəliyev 2011-2012-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində ixtisası üzrə biliklərini artırıb.
2012-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. 2014-cü ildə ona “baş leytenant” hərbi rütbəsi verilib.
Niyət Şirəliyev 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərdə iştirak edib.
2018-ci ildən “kapitan” hərbi rütbəsi altında xidmətini davam etdirirdi.
Niyət Şirəliyev 2019-cu ildə Daşkəsən rayonunda yerləşən “N” saylı hərbi hissənin taboruna tabor komandirinin Maddi-texniki təminat üzrə müavini, 2020-ci ildə “N” saylı hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin müavini vəzifəsinə təyin olunur.
Niyət Şirəliyev 2020-ci ilin iyul ayında baş tutan Tovuz döyüşlərində iştirak edib.
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Niyət Şirəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Niyət Şirəliyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Niyət Şirəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Niyət Şirəliyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin kapitanı Niyət Şirəliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.[4]
Ailəli idi. Bir qızı, bir oğlu yadigar qaldı.







 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}