Şamaxı rayonunda şəhid kapitan Niyət İmran oğlunun il mərasimi keçirilib.

Şamaxıda 28 sentyabr şəhid kapitan Niyət Şirəliyevin il mərasimi keçirilib. 

Şəffaflıq.az xəbər verir  ki,28 sentyabr 2021-ci il tarixdə Şamaxı rayonunda şəhid kapitan Niyət İmran  oğlunun il mərasimi keçirilib.
Anım mərasimində  Rayon İcra Hakimiyyətinin başçısının  məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, "Qarabağ Qaziləri" İB-ın üzvüləri, müəssisə və təşkilatlar, ictimaiyyət nümayəndələri,  şəhidin yaxınları iştirak ediblər, məzarını ziyarət edib, gül çələngi qoyublar.
Mərasimdə şəhidin ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmışdır.

Niyət Şirəliyev 1990-cı ildə Şamaxı rayon, Ovculu kəndində anadan olub.
O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Leytenant rütbəsi alaraq zabit kimi Müdafiə Nazirliyinin Təlim- Tədris Mərkəzində öz ixtisası üzrə biliklərini artırıb.
Vətən müharibəsi rəhbərlik etdiyi heyətlə birlikdə Kəlbəcər uğrunda gedən döyüşlərdə, Murovdağda olan yüksəkliklərin işğaldan azad edilməsi əməliyyatlarında iştirak edib. O, düşmənin dərinliklərinə sızaraq onların çoxlu sayda canlı qüvvəsini məhv edib. Qəhrəman zabitimiz həmin ərazidə gedən gərgin döyüşlərdə şəhid olub.
Qeyd edək ki, şəhid Niyət Şirəliyev 2016-cı ildə Aprel döyüşlərində və 2020-ci ildə Tovuz rayonunda düşmən təxribatının qarşısının alınmasında da iştirak edib.
Ruhun şad olsun cənab kapitan! Sizin kimi qorxmaz hərbçilərimizin qəhrəmanlığı nəticəsində ərazilərimiz işğaldan azad olundu.

   Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun! 

Vahid İsmayılov.
Şəffaflıq.az 
 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}