Şamaxıda Vətən müharibəsi şəhidi Ziyad Nəriman oğlu Zərbalıyevin xatirəsinə hazırlanmış baralyefin təqdim edilməsi mərasimi keçirilib.-FOTO/VİDEO

Şamaxıda Vətən müharibəsi şəhidi Ziyad Nəriman oğlu Zərbalıyevin  xatirəsinə hazırlanmış baralyefin təqdim edilməsi mərasimi keçirilib.

Şəffaflıq.az xəbər verir ki,02.09.2021-ci il tarixində Şamaxı şəhərində Şəhid Ziyad Nəriman oğlu Zərbalıyevin  xatirəsinin əbədiləşdirməsi üçün hazırlanmış baralyefin təqdim edilməsi mərasimi keçirilib. 
Bildiririk ki,mərasim mövcud pandemiya qaydalarına  uyğun olaraq  keçirilib.Mərasimində rayon icra hakimiyyətinin başçısının birinci müavini Hikmət Şikarov, RİH-nin məsul əməkdaşları, İsmayıllı regional, Şamaxı şəhər incəsənət musiqi məkrtəbinin direktoru Namiq Rzazadə, məktəbin kollektivi,  rayon ağsaqqallar şurasının nümayəndəsi Ağarza müəllim, şəhid ailələri, müharibə iştirakçıları, qazilər."Qarabağ qaziləri" İB-ın  Şamaxı rayon üzrə nümayəndələri, və ictimaiyyət nümayəndələri iştirak edib.


İlk öncə Vətən uğrunda şəhid olan bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, xatirə lövhənin  açılış mərasimi qeyd olundu. Lövhənin  önünə tər çiçəklər düzüldü.
Tədbirdə  RİH başçısı müavini Hikmət Şikarov, çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən olan müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunmalarını qeyd edərək, rayonda da şəhid ailələrinə, qazilərə  diqqət və qayğı göstərildiyini vurğulayıblar. Ziyad Zərbalıyevin keçdiyi qısa və mənalı həyat yolundan söz açmış, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərin əziz xatirəsini daim uca tutmağı, vətən uğrunda mübarizənin vacibliyini, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini  bildirbilər.
Operator: Məhərrəm Şəmədovun 
videonu təqdim edirik:




Ruhun şad olsun qəhrəman şəhidim! 
Vahid İsmayılov.
Şamaxı rayonu
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}