Şamaxıda şəhid məzarları ziyarət olunub

  

Şamaxıda rayon Gənclər və İdman İdarəsinin, Tarixşünaslıq Muzeyinin işçiləri, müəllim və şagirdlər, fəal gənclər və gənc könüllülər “Şəhidlər ölməz, Vətən bölünməz!” devizi altında Şəhidlər xiyabanına gəlib, torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan şamaxılıların məzarlarını ziyarət ediblər.
Şəffaflıq.az xəbər verir ki, Şəhidlər xiyabanında öncə Qarabağ döyüşlərində qəhrəmancasına şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhidlərin məzarları üzərinə tər çiçəklər düzülüb.

   
Mərasimdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, fəal gənc Hilal Bəkirov Prezident, Ali Baş Komandan İlhan Əliyevin rəhbərliyi ilə qırx dörd gündə qazanılan qələbənin tarixi əhəmiyyətindən, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin, eləcə də sağlamlıqlarını itirən qazilərimizin keçdikləri şərəfli döyüş yollarından danışıblar. Vurğulanıb ki, bu döyüşlərdə şamaxılı əsgər və zabitlər də Vətənə layiq qəhraman oğullar kimi ad qazanıblar.
Sonda şagirdlər Aytən Ədilova və Gülbahar Sərxanova şəhidlərimizə həsr etdikləri şeirləri söyləyiblər.



 

 Əfşanə. 
Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}