Əsas Səhifə > Hadisə > Kürdəmirdə leysan yağış nəqliyyatın və sakinlərin hərəkətini çətinləşdirib
Kürdəmirdə leysan yağış nəqliyyatın və sakinlərin hərəkətini çətinləşdiribBu gün, 09:42 |
Kürdəmirdə leysan yağış bir sıra fəsadlar törədib. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, saat 21:30 radələrində yağmağa başlayan güclü yağış həm avtomobillərin, həm də piyadaların gediş-gəlişini çətinləşdirib. Yağış suları rayonun Şəhriyar, şəhid Fuad Şirəliyev, Məhəmməd Hadi küçələrini, eləcə də Babək prospektini keçilməz edib. Hazırda rayon ərazisində güclü yağış yağmaqda davam edir. Şəffaflıq.az Geri qayıt |