Gəncədə evdə suqızdırıcı partlayıb, xəsarət alan var
Gəncə şəhərində evdə suqızdırıcı partlayıb, yanıq xəsarəti alan var. Şəffaflıq.az-ın məlumatına görə, hadisə zamanı yanıq xəsarəti alan 1992-ci il təvəllüdlü qadın Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. TƏBİB-dən bildirilib ki, hər iki yuxarı ətrafın və sinənin I, II dərəcəli yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.
Xəbəri paylaş
Facebook-da paylaş
