Aİ səfirləri Rusiyaya qarşı sanksiyaların müddətini uzadıblar


Avropa İttifaqı (Aİ) ölkələri Ukraynada münaqişənin başlamasından sonra Rusiyaya qarşı tətbiq edilən fərdi sanksiyaların altı ay müddətinə uzadılmasını razılaşdırıblar. 

Şəffaflıq.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.

"Biz Rusiyaya qarşı sanksiyaları uzatdıq. Eyni zamanda, 19-cu paket üzərində işləri tamamlayırıq - Rusiya neftinin satışına, kölgə neft tankerlərinə və banklara əlavə məhdudiyyətləri nəzərdən keçiririk. Biz Putini müharibə aparmaq üçün puldan məhrum etməyə davam edəcəyik", - o yazıb.

KİV-in məlumatına görə, sanksiyalar 2500-dən çox fiziki və hüquqi şəxsi əhatə edir. Məhdudlaşdırıcı tədbirlər sonuncu dəfə bu ilin mart ayında uzadılmışdı.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}