Rezidenturaya əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyat prosesi başlayır
Ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start veriləcək. Bu barədə Elm və təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, namizədlər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək "Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı" xidmətini seçməklə müraciət edə bilərlər. Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq. Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar. Şəffaflıq.az
Facebook-da paylaş
