Qusarda ustanı elektrik cərəyanı vuraraq öldürüb
Qusar rayonunda ustanı elektrik cərəyanı vuraraq öldürüb. Şəffaflıq.az xəbər verir ki, rayonun Aşağı Ləyər kənd sakini, usta kimi fəaliyyət göstərən Səfərov Hacıverdi Akif oğlu fərdi yaşayış evinin həyətyani sahəsində mişar daşları ilə sanitar qovşaq divarını hörərkən elektrik cərəyanı vurması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
