“Əlilliyin təyin olunmasında elektron sistem özünü doğrultmadı”


 

Əlilliyin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə tibb müəssisələrində araşdırma aparılıb. TƏBİB-dən verilən məlumata görə, 2021-ci ilin ilk altı ayı ərzində tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan Tibbi Ərazi Bölmələrini İdareətmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində Agentlik öz səlahiyyətləri çərçivəsində daxili yoxlamalar aparıb.

Nəticədə bir baş həkim (Sumqayıt şəhəri üzrə 3 nömrəli şəhər poliklinikası), üç direktor (Füzuli, Biləsuvar və Ağcabədi Rayon Mərkəzi Xəstəxanaları) və Həkim Məsləhət Komissiyalarının (Bakı şəhəri üzrə 19 nömrəli Şəhər Poliklinikası və 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası) 12 üzvü vəzifələrinin icrası zamanı yol verdikləri bir sıra ciddi nöqsanlar, əlillik dərəcələrinin müəyyən edilməsi zamanı yol verdikləri qanun pozuntuları səbəbi ilə tutduqları vəzifələrdən azad edilib.

Bu cür saxtakarlıqların, saxta əlilliyin təyin olunmasının qarşısını almaq üçün bir müddət öncə yeni qaydalara əsasən bütün proseslər elektronlaşdırıldı. Lakin görünən odur ki, elektronlaşdırma da bunun qarşısını ala bilməyib.

Təbii ki, əlilliyin təyini zamanı saxtakarlığa yol verən həkimlərin sayı bu 16 nəfərlə bitmir. Araşdırmalar aparılan zaman bir çox müəssisələrdə bu cür halların yaşandığının şahidi olacağıq.


“Əlilliklərin təyin olunması ilə bağlı saxtakarlıqlar həmişə olub. Bundan öncə elektron sistem deyildi. İndi müəyyən elektron sistem işlənib hazırlansa da, bu da özünü doğrultmadı”.

Bu fikirləri Sağlamlığa xidmət İB-nin icraşı direktoru Pərvanə Vəliyeva öz açıqlaması zamanı bildirib. Onun sözlərinə görə, hazırda həkimlər elektron sistemlə işləməyə hazır deyillər. “Elektron sistem hazırlanıb, istifadəyə verilirsə, mütləq həkimlərin bunu istifadə etməsi ilə bağlı təlimlər də keçirilməli idi. Bir çox hallarda tibb işçiləri sənədləri doldura bilmir və ötürürlər həmin tibb müəssisəsində çalışan operator və ya lobaranta. Nəticədə pasient əsassız olaraq imtina alır və burada qeyd olunur ki, natamam doldurulma. Natamam doldurulma hallarının əksəriyyəti ona görə baş verir ki, tibb işçisi forma 88-i necə doldurmalı olduğunu bilmir. Bu barədə bacarığı və biliyi yoxdur.

Biz təşkilat olaraq, dəfələrlə müvafiq qurumlara müraciətlər edərək bildirmişik ki, natamam doldurulma halı dəfələrlə baş verdikdə pasient əziyyət çəkir. Bu baxımdan tibb işçilərinin təlimləndirilməsi çox vacibdir.

Əvvəlki sisitemdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti xəstəni birbaşa olaraq görür, müayinə edir, canlı olaraq həmin şəxsin diaqnozunu qoyurdular. Düşünürəm ki, həmin zaman şəffaflıq daha yaxşı idi, nəinki indi. Hazırda pasienti görmədən, onun yalnız tibb müəssisəsi tərəfindən tamam və ya natamam göndərilmiş sənədlərinə baxaraq əlillik və ya əlillikdən imtina verirlər. O zaman həqiqətən xəstəliyi olan şəxs həkimin, hansısa qurumun texniki səhvi ucbatından aylarla və ya illərlə əziyyət çəkir.

Bu pasientin xəstəliyi müddətində onun üçün lazım olan sosial yardımdır və dövlət tərəfindən təşkil olunur.

Müəyyən korrupsiya hallarına yol verilirsə, bunun yalnız həkimlərin günahı olduğunu düşünmürəm”.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}