Rusiyada daha bir deputat koronavirusa yoluxdu

 

Rusiya Dövlət Dumasının daha bir deputatı, Kommunist Partiyası (KPRF) fraksiyasına daxil olan Dmitri Novikov koronavirusa yoluxduğunu və hazırda xüsusi rejimli xəstəxanada müalicə olunduğunu təsdiqləyib. 

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, deputat ikitərəfli pnevmoniya diaqnozu ilə müalicə olunur.

“Müalicə olunuruq. Bəli, koronavirus təsdiqlənib...İkitərəfli virus pnevmoniyasıdır. Yüksək temperatur yoxdur” - deyə Novikov bildirib. Onun sözlərinə görə, koronavirusa yoluxduğu həm testlə, həm kompüter tomoqrafiyası ilə təsdiqlənib.

Deputatın aprelin 24-də xəstəxanaya yerləşdirildiyi haqda bundan əvvəl kommunistlərin sıralarındakı mənbəyə istinadən xəbər yaymışdılar. Bildirilirdi ki, Novikovu dünən aprelin 24-də axşam təcili yardım maşını ilə aparıblar. Onda COVİD-19 şübhəsi var.

Deputatın sonuncu dəfə iştirak etdiyi plenar iclas aprelin 14-də keçirilib. Üç gün sonra o, növbəti iclasa gəlməyib, aprelin 22-də isə Leninin movzoleyinə çələng qoyulması mərasiminə qatılmayıb.

Dmitri Novikov 1969-cu ildə anadan olub. 2007-ci ildən Dövlət Dumasının deputatıdır. Bundan əvvəl digər kommunist deputat Leonid Kalaşnikovun da koronavirusa yoluxduğu açıqlanmışdı. O, ikitərəfli pnevmoniya diaqnozu ilə müalicə alır, vəziyyəti orta ağırdır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}