Abşeronda restoranda yanğın olub


Abşeron rayonunda restoranda yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Masazır qəsəbəsində ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli restoranın mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 20 kvadratmetr sahədə yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}