Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi ilə vida mərasimi başa çatıb – YENİLƏNİB


Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Hikmət Zili oğlu Əliyevlə Ağdam rayonunun Ergi kəndində keçirilən vida mərasimi başa çatıb.

Şəffaflıq.az-ın məlumatına görə, şəhidin nəşi dəfn olunmaq üçün Ağdam rayonunun Quzanlı qəsəbə qəbiristanlığına aparılır.

14:00

Ağdam rayonunun Sarıcalı kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanan Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hikmət Zili oğlu Əliyevin meyitinin qalıqları Ağdam rayonuna gətirilib.

Şəffaflıq.az-ın məlumatına görə, şəhidin nəşi Ağdam rayonunun Ergi kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Hikmət Zili oğlu Əliyev 1974-cü il yanvarın 1-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. O, 1993-cü il iyulun 23-də Ağdam rayonunun Sarıcalı kəndi ərazsində itkin düşüb.

H.Əliyev Ağdam rayonu Quzanlı qəsəbə qəbiristanlığında dəfn olunacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}