Zelenski İspaniya və Portuqaliyaya səfərini ləğv edib


Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsində ciddi daxili vəziyyətə görə İspaniya və Portuqaliyaya səfərini ləğv edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “CNN Portugal” məlumat yayıb.

Bildirilib ki, Kiyev cəbhə xəttinin bir neçə hissəsində, xüsusən Xarkov vilayətində çətin vəziyyətlə üzləşib. Buna görədə Ukrayna nümayəndə heyətinin xaricə səfəri məqsədəuyğun hesab edilməyib.

Bu arada, İspaniya tərəfi də öz növbəsində monarx VI Filipp və Zelenski arasında mayın 17-nə planlaşdırılan görüşün ləğvi barədə məlumat verib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}