Yevlaxda narkotik vasitə qəbul edib avtomobil idarə edən sürücü həbs olunub


Yevlaxda narkotik vasitə qəbul edib avtomobil idarə edən sürücü həbs olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Şəffaflıq.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydalarını pozan sürücü Zaur Talıbov saxlanılıb.

Araşdırmalarla sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib.

Sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən o, 16 gün müddətinə inzibati qaydada həbs edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}