Bakı və Xaçmazda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. Agentlikdən verilən məlumata görə, 24 iyul tarixində respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhərində və Xaçmaz rayonunda bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 13 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb. Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır: № Sahibkarlıq subyekti Ünvan Görülən tədbir Bakı şəhəri üzrə Əmrahov Pərviz Qardaşxan oğlu Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X.B.Xasməmmədov küçəsi 13 İnzibati protokol tərtib edilib Məmmədov Cavanşir Ənvər oğlu Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N. İsmayılov küçəsi 5 İnzibati protokol tərtib edilib Abbasov Sərdar İmamverdi oğlu Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi 17 İnzibati protokol tərtib edilib Əhmədov Arzu Yusif oğlu Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 33 İnzibati protokol tərtib edilib Hüseynov Vüsal Yasir oğlu Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi İnzibati protokol tərtib edilib Rzayev Rəşad Rahib oğlu Xəzər rayonu, Binə qəsəbəsi, Ə. İsazadə küçəsi 5A İnzibati protokol tərtib edilib İbrahimov Rüstəm Sabir oğlu Xəzər rayonu, Binə qəsəbəsi, Ə. İsazadə küçəsi İnzibati protokol tərtib edilib Sarıyev Anar Mollahacı oğlu Xəzər rayon, Binə qəsəbəsi, Ə. İsazadə küçəsi İnzibati protokol tərtib edilib İsrafilov Vidadi Əmrəli oğlu Xəzər rayon, Binə qəsəbəsi, Ə. İsazadə küçəsi, bazarın girişi İnzibati protokol tərtib edilib Vəliyev Maşallah Bəhrəm oğlu Xəzər rayon, Binə qəsəbəsi, Ə. İsazadə küçəsi İnzibati protokol tərtib edilib Söhbətov Əlizadə Nəzir oğlu Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi İnzibati protokol tərtib edilib Xaçmaz rayonu üzrə Əhmədov Murad Hakim oğlu Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi İnzibati protokol tərtib edilib Məmmədov Əfqan Novruz oğlu Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi İnzibati protokol tərtib edilib AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır. Şəffaflıq.az
Facebook-da paylaş
