"Azəriqaz" rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz" İstehsalat Birliyi rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək. Şəffaflıq.az “Azəriqaz”a istinadən verdiyi məlumata görə, mayın 17-də saat 11:00-da Horadiz şəhəri, Heydər Əliyev prospekti, Muğam Mərkəzində Füzuli, Beyləqan, Xocavənd rayonlarının sakinlərinin müraciətləri dinləniləcək. “Azəriqaz”a vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Tərtər Regional qaz istismarı İdarəsinə (tel: 026-315-57-66; 050-845-74-17) müraciət edə bilərlər.
Xəbəri paylaş
Facebook-da paylaş