İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin təqaüdünün verilməsi barədə sərəncam imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilməsi barədə sərəncam imzalayıb. Şəffaflıq.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, fərdi təqaüd Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə veriləcək. Sərəncamda aşağıda adları çəkilən şəxslər qeyd olunub: Eldarov Ömər Həsən oğlu, Əliyeva Böyük Xanım Həsənbala qızı, Həşimzadə Xanlar Allahverdi oğlu İsrafilov Fərhad Ramazan oğlu Məlikov Aqil Qədəşbala oğlu Məmmədəliyeva Sevda Yusuf qızı Mustafayeva Laləzar Bəşir qızı.
Xəbəri paylaş
Facebook-da paylaş