Bakıda üç, Şəkidə iki mərtəbəli ev yanıb


 

Paytaxtda üçmərtəbəli evdə yanğın olub.


Şəffaflıq.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 600 m² olan (hər mərtəbəsi 200 m²) üçmərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə yanıb.

Yanğın zamanı ev sahibi və onun həyat yoldaşı müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi Şəki şəhərində qeydə alınıb.

Bildirilir ki,  şəhərdə ümumi sahəsi 300 m² olan (hər mərtəbəsi 150 m²) ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}