Ərəb ölkələri, Türkmənistan və Gürcüstan klubları Qəbələdə toplanış keçmək üçün müraciət edib
Ərəb ölkələrinin, həmçinin Türkmənistan və Gürcüstanın futbol klubları yay təlim-məşq toplanışını Qəbələdə keçirmək istəyirlər. Bu barədə "Qəbələ" İdman Klubunun ümumi işlər üzrə koordinatoru Səbuhi Qarayev bildirib. O, Azərbaycan komandalarının da bölgə təmsilçisinin bazasında hazırlıq prosesinə qatılacağını deyib: "Premyer Liqa təmsilçilərindən "Qəbələ", "Sumqayıt", "Şamaxı" və "Şəfa"nın hazırlıq proseslərini burada keçəcəyi təsdiqlənib. İyulun əvvəlindən toplanışlara start veriləcək. Bir neçə xarici klublardan bizə istəklər gəlib və şərtlərimizi göndərmişik. Ərəb ölkələrindən, Türkməsintan və Gürcüstandan komandalar gəlmək istəyir. Hamısına şərtlərimizi demişik. Hələlik təsdiq almamışıq". S.Qarayev bu qədər çox komandanı qəbul etməyə hazır olduqlarını vurğulayıb: "Qəbələ" İdman Klubunun bazasında 5 təbii örtüklü futbol meydanı var. Bundan əlavə, süni, minifutbol və qum meydançaları da mövcuddur. Bunların hamısı hazır vəziyyətdədir. Əsas milli və klublar təbii meydandan istifadə edirlər. Biri əsas olmaqla beş meydanın hamısı təlim-məşq toplanışları üçün yüksək səviyyədə hazırdır. Bildiyiniz kimi, biz pandemiya dönəmində Azərbaycanın 8 komandasını qəbul etmişdik və hamısını yüksək səviyyədə yola salmışdıq. Azərbaycanın aşağı yaş qruplarından ibarət milli komandaları da bazada hazırlıq prosesində iştirak ediblər və yoxlama oyunlarını burada keçiriblər". Şəffaflıq.az
Facebook-da paylaş








