Rusiyanın zərbələri nəticəsində Ukraynanın beş vilayəti elektrik enerjisiz qalıb


Rusiya ordusunun hücumu nəticəsində Ukraynanın Çerniqov, Xarkov, Sumı, Dnepropetrovsk və Zaporojye vilayətləri elektrik enerjisiz qalıb.

Şəffaflıq.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə "Ukrenеrqо" milli enerji şirkətindən bildirilib.

Təhlükəsizliklə bağlı vəziyyətin imkan verdiyi yerlərdə qəza-bərpa işlərinə başlanılıb.

Bundan başqa, əlverişsiz hava şəraiti səbəbindən Sumı və Kiyev vilayətlərində 40-dan çox yaşayış məntəqəsi elektrik enerjisiz qalıb. Təmir briqadaları zədələnmiş elektrik ötürmə xətlərinin bərpası ilə məşğuldur.

Sistem operatorunun məlumatına görə, çərşənbə axşamı səhər saatlarında ölkədə elektrik enerjisi istehlakı əvvəlki günlə müqayisədə 3,5 % azalıb. "Ukrenerqo" bunu günəş elektrik stansiyalarının səmərəli işləməsinə kömək edən və enerji sisteminin yükünü azaldan əlverişli hava şəraiti ilə izah edir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}