Məktəblərdə dərsliklərin yığılmasına başlanılıb
Azərbaycanda fəaliyyət göstərən məktəblərdə dərsliklərin yığılmasına başlanılıb. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib. Bildirilib ki, proses hazırda davam edir: "Dərsliklər şagirdlərdən tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınır. Hazırda da dərsliklərin şagirdlərdən təhvil alınması prosesi aparılır". Qeyd edək ki, tədris ili sentyabrın 15-də başlayır və iyunun 14-də sona çatır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








