Masazırda insident yaradan "Gelandewagen" sürücüsü məsuliyyətə cəlb edilib
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, iyunun 7-də Abşeron rayonu Masazır qəsəbəsində "Mercedes Gelandewagen" və "Kia" markalı avtomobillərin sürücüləri arasında baş vermiş insidentlə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Araşdırmalarla "Mercedes" markalı, 77-UE-011 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.Həmzəyev müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitəsi cərimə meydançasına yerləşdirilib. Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








