Kamran Əliyev Qubada vətəndaşları qəbul edib
Baş prokuror Kamran Əliyev Quba rayon prokurorluğunun inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qəbulda iştirak etmiş 31 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib. Şəffaflıq.az
Facebook-da paylaş








