Ukrayna Ali Radasında səfərbərlik əməkdaşlarının cəbhəyə göndərilməsi təklif edilib


Ukrayna Ali Radasının avqustun 18-də keçirilən iclasında ölkənin hərbi çağırış və səfərbərlik strukturu sərt tənqid olunub, bu qurumun bütün əməkdaşlarının dəyişdirilib cəbhəyə göndərilməsi təklif olunub.

Şəffaflıq.az-ın məlumatına görə, deputat Oleksiy Qonçarenko bildirib ki, bu strukturun əməkdaşları həm səfərbərlik zamanı göstərdikləri şiddətə, həm də kütləvi korrupsiyaya əməllərinə görə cəzasız qaldıqca daha ciddi problemlər yaranacaq:

"Hər gün onlarla faktın şahidi oluruq. Çağırışçılara yüksək şiddət tətbiq edərək sürüyüb səfərbər edirlər. Belə hərbi səfərbərliklə nəyə nail olacağıq? Bu qurumun əməkdaşları barəsində onlarla şikayət var, amma heç birinə baxılmır. Niyə? Hərbi səfərbərlik qurumunun əməkdaşları bahalı maşınlarda gəzirlər. Haradandır onlarda bu gəlir? Bütün bunlara nəhayət ciddi reaksiya verilməlidir" - deyə, O. Qonçarenko əlavə edib.

Deputat Dmitro Razumkov da bu qurumun əməkdaşlarının hamısını cəbhəyə səfərbər edib, onları yeniləri ilə əvəz etməyi tələb edib:

"Mən və çoxsaylı həmkarlarım tələb edirik ki, nəhayət səfərbərliyi həyata keçirən qurumun fəaliyyətinə hüquqi qiymət verilsin. Onların özlərini aparması nə Ukraynanın imicinə, nə də ölkədə gedən müharibənin aurasına uyğundur. Göndərək onları cəbhəyə qoy qoçuluqlarını, bacarıqlarını orada göstərsinlər. Bu qurumun fəaliyyətində ciddi tədbirlər görülməsə sonunu toplamaq mümkün olmayacaq" - deyə, D. Razumkov vurğulayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}