Bəşər Əsədin əmisi oğlu edam olunacaq


Dəməşq Cinayət Məhkəməsi Suriyanın devrilmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Vasim Əsədi bəşəriyyətə qarşı cinayətlərdə təqsirli bilərək ölüm cəzasına məhkum edib.

Şəffaflıq.az "Al Arabiya"ya istinadən verdiyi məlumata görə, məhkəmə onun vətəndaş müharibəsi dövründə Suriyanın Homs əyalətində dinc sakinlərin qətlə yetirilməsi və işgəncə verilməsində əli olduğunu müəyyən edib.

Vasim Əsəd həmçinin Dəməşqin şərqində yerləşən, müharibə illərində hökumət qüvvələri tərəfindən uzunmüddətli mühasirələr və şiddətli döyüşlərin meydanına çevrilən Şərqi Quta bölgəsinin dinc əhalisinə qarşı cinayətlərdə də təqsirli bilinib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}