Venera Yeri nadir və güclü günəş fırtınasından qoruyacaq


Venera Yeri müəyyən ehtimalla fevralın 18-də planetimizi vura biləcək günəş fırtınasından qoruyub.

“Report” “Spaceweather.com” portalına istinadən xəbər verir ki, fevralın 16-da Günəşdə ən güclü X sinifli alışma, ardınca tac kütləsinin atılması (TKA) – böyük miqdarda ulduz plazmasının püskürməsi baş verib.

NASA-nın proqnozlarına görə, TKA fevralın 18-də Veneranı vuracaq və çox güman ki, onun yuxarı atmosferinin bir hissəsini məhv edəcək. Venera Yerdən fərqli olaraq qlobal maqnit sahəsi ilə qorunmadığı üçün onun qazlı qabığı günəş aktivliyinə qarşı həssasdır.

Astronomların fikrincə, sonuncu günəş alışması ulduzun cənub qütbü ərazisində baş verib. Bu qeyri-adi bir hadisədir, çünki günəş partlayışlarının əksəriyyəti ekvatorun yaxınlığında baş verir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}