Frankfurt sərgisində ölkəmizin turizm imkanlarını təqdim edilir.-FOTO

 Cari ilin 14-16 may tarixlərində Turizm peşəkarlarının ən böyük görüş yerlərindən olan “IMEX Frankfurt 2024” sərgisi keçirilir. 

Şəffaflıq.az-ın məlumatına görə, Azərbaycandan olan bir qrup turizm şirkəti beynəlxalq sərgidə ölkəmizi təmsil edir.

Şəffaflıq.az-ın məlumatına görə, Azərbaycandan olan bir qrup turizm şirkəti beynəlxalq sərgidə ölkəmizi təmsil edir.

“IMEX Frankfurt” beynəlxalq sərgisində ölkəmizin turizm potensialı və bu ildə Bakı şəhərində keçirləcək COP 29 tədbir barədə məlumatlar həmsöhbət tərəfdaşlara təqdim edilir.

“IMEX 2024” sərgisində dünyanın 200 ölkəsindən 2750 kongres büro, otel, turizm şirkəti və digər təşkilatlar stend və pavilionla iştirak edir. Üç gün ərzində 13 mindən çox beynəlxalq peşəkar turizimçinin sərgini ziyarət edəcəyi planlaşdırılır.

Azərbaycanın bu cür tədbirlərdə iştirak etməsi xarici sərmayələrin cəlb olunması və ölkəmizin dünya turizm bazarında görüşlər məkanına çevrilməsinə xidmət edir.

Xatırladaq ki, MICE tipli sərgilərin məqsədi Görüşlər, Təşviqlər, Konfranslar və Sərgilərin təşkilidir.

Zakher Travel turizm şirkətinin direktoru Cəfər Qara


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}