Nurlan Hacıyev: "Visa" Azərbaycanı strateji bazar hesab edir"
"Visa" beynəlxalq ödəniş təşkilatı Azərbaycanla əməkdaşlığa önəm verir və onu strateji bazar hesab edir. Şəffaflıq.az xəbər verir, bunu "Visa"nın Azərbaycan üzrə regional meneceri Nurlan Hacıyev Bakıda keçirilən Fintex Sammitində deyib. "Sevindirici haldır ki, Azərbaycan istifadə olunan müəyyən texnologiyalar üzrə artıq liderdir. Azərbaycanda konkret olaraq müəyyən layihələr həyata keçirilib", - N. Hacıyev qeyd edib. O bildirib ki, bu vaxta kimi "Visa" 260 müxtəlif valyutada 212 milyard əməliyyat həyata keçirib. "Visa" tamamilə yeni sahələrdə fəaliyyət göstərməyə və innovasiyalara meyllidir", - deyə N.Haciyev əlavə edib.
Xəbəri paylaş
Facebook-da paylaş