XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır
Azərbaycan Malta ilə əməkdaşlığı genişləndirməyə hazırdır. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla birgə mətbuat konfransında deyib. C.Bayramov Maltanın ətraf mühitin mühafizəsi sahəsində təşəbbüslərini alqışlayıb. O qeyd edib ki, İan Borqla görüş zamanı COP29 çərçivəsində ölkələr arasında potensial əməkdaşlıq da müzakirə olunub.
Xəbəri paylaş
Facebook-da paylaş