Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarının hüquqi təminatı Departamentinə direktor təyin edilib. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifə Mehriban Məmmədovaya həvalə olunub. Son illər ərzində M. Məmmədova Mərkəzi Bankda müxtəlif vəzifələrdə çalışıb.
Xəbəri paylaş
Facebook-da paylaş