Əsas Səhifə > MALİYYƏ > Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub

Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub


13-05-2024, 16:23


Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə bazarlarının hüquqi təminatı Departamentinə direktor təyin edilib.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Mehriban Məmmədovaya həvalə olunub.

Son illər ərzində M. Məmmədova Mərkəzi Bankda müxtəlif vəzifələrdə çalışıb.


Geri qayıt