Azərbaycan iqtisadiyyatı 4 % artıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 38 milyard 181,9 milyon manatlıq və ya 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,3 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Şəffaflıq.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,1 % azalıb, qeyri neft-qaz sektorunda isə 7,7 % artıb. ÜDM istehsalının 40,3 %-i sənaye, 9,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 6 %-i tikinti, 3,1 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 %-i informasiya və rabitə sahələrinin, 20 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,1 %-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 3 min 748,1 manata bərabər olub.
Facebook-da paylaş