Vaxtanq Qomelauri:Gürcüstanda əcnəbi agentlər haqqında qanun layihəsinə qarşı çıxan etirazçıların çevriliş etməsinə imkan verilməyəcək.
Gürcüstanda əcnəbi agentlər haqqında qanun layihəsinə qarşı çıxan etirazçıların çevriliş etməsinə imkan verilməyəcək. Şəffaflıq.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri bildirib. “Heç arzulamasınlar da. İstəyirlərsə, öz ofislərində çevriliş eləsinlər, nə qədər çevirim edə bilirlər, etsinlər. Amma parlament və digər dövlət qurumlarına toxunmasınlar”, - V.Qomelauri jurnalistlərin müvafiq sualına cavab verərkən deyib.
Xəbəri paylaş
Facebook-da paylaş