CAR-ın cənub-qərbində binanın çökməsi nəticəsində ölənlərin sayı 30-a çatıb
Cənubi Afrika Respublikasının cənub-qərbində Corc şəhərində tikilməkdə olan binanın uçması nəticəsində ölənlərin sayı 30-a çatıb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şəhər meriyası məlumat yayıb. Məlumata görə, 22 nəfər itkin düşmüş hesab olunur, onların axtarışı davam etdirilir. Bununla yanaşı, 29 nəfər xilas edilib, onlardan 13-ü xəstəxanadadır. Bundan əvvəl 24 nəfərin öldüyü bildirilirdi. Tikintidə Mozambik və Malavidən olan miqrantlar işləyirmiş. Xatırladaq ki, mayın 6-da şəhərin mərkəzi hissəsində tikilməkdə olan çoxmərtəbəli bina uçub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş