Vətən, Yurd fədaisi, Şəhid Baş gizir Səlimov Zahid Məmmədzayıd oğlunun anım günüdür.-FOTO


12 May Vətən, Yurd fədaisi, Şəhid gizir Səlimov Zahid Məmmədzayıd oğlunun anım günüdür.

Şəffaflıq.az xəbər verir ki, ildönüm mərasimində Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Hikmət Şikarov, Rayon İcra Hakimiyyətinin digər məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, QMİ qazisi Mərəhməd Mustafayev, Əhmədli (Kürdəmic) kənd Zöhrab Səmədov adına  tam orta məkrtəbinin bütün kollektivi, şagirdləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhidin adına inşa edilmiş bulaq kompleksini ziyarət etdikdən sonra kənd qəbiristanlığında şəhidin məzarı önünə tər çiçəklər düzülüb, ruhuna dualar oxunub.Mərasimindəki çıxışlarda şəhidlərimizin qısa,  şərəfli həyat yolundan danışılıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  sentyabrın 27-də başlanan və 44 günə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs olunub.Vurğulanıb ki, qəhrəman şəhid oğullarımızın xatirəsi heç vaxt unudulmayacaq.  

Şəffaflıq.az-ın məlumatına görə Səlimov Zahid Məmmədzayıd oğlu 30 yanvar 1977-ci ildə Şamaxı rayonunun Əhmədli kəndində anadan olub. 1984-cü ildə həmin kəndin (indiki adı Zöhrab Səmədov adına) orta məktəbinin birinci sinifinə daxil olub, 1994-cü ildə isə həmin məktəbi bitirmişdir. O, 17 oktyabr 1995-ci ildə hərbi xidmətə getmiş və əsgəri xidmətinin çox hissəsini Tərtər rayonunda düşmənlə üzbəüz mövqedə keçirmişdir. 02 avqust 1998-ci ildə ordudan ehtiyyata tərxis olunmuşdur.

18 fevral 2001-ci ildə Gizir kursuna daxil olub, 29 iyul 2001-ci ildə həmin kursu bitirərək ordu sıralarında gizir kimi xidmətə başlamışdır. 2001- 2010-cu illərdə Gəncə şəhərində N saylı h/h-də xidmət edib. 2010-2017-ci illərdə isə Bakıda TTM-də xidmətini davam etmiş və 2017-ci ildə öz ərizəsi ilə könüllü olaraq ön cəbhəyə xidmətə getmişdir.

Hərbi xidməti dövründə rəhbərlik tərəfindən medal və fəxri fərmanlarla təltif edilmiş və həmçinin o, yüksək xidməti fəaliyyətinin 10 illiyinə görə lll dərəcəli hərbi xidmətə görə qüsursuz medalı, 15 illiyində ll dərəcəli hərbi xidmətə görə qüsursuz medalı, 20 illiyində isə l dərəcəli hərbi xidmətə görə qüsursuz medalları ilə təltif edilmişdir. 

O, Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90, 95 və 100 illik medalları ilə də təltif olunmuşdur.



44 günlük tarixi Vətən Müharibəsi zamanı Füzuli rayonunda N saylı hərbi hissədə xidmət edən baş gizir Zahid Səlimov müharibənin ilk günündən son günədək döyüşlərdə iştirak etmişdir. O, Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl və Qırmızı bazar uğrunda gedən ağır döyüşlərdə fəal iştirak edib və bu xüsusatlardan bir neçə medalllarla da təltif olunmuşdur. 

Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, Azərbaycan Respublikası Ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirmiş Səlimov Zahid Məmmədzayıd oğlu Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” medalı, şəxsi igidlik və sücaət nümayiş etdirdiyinə görə 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.


 Azərbaycan Respublikaı Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə Zahid Səlimov “Vətən müharibəsi iştirakçısı” medalı ilə də təltif edilib.

Baş gizir Zahid Səlimov 12 may 2022-ci il tarixində Füzuli rayonu ərazisində döyüş təminatı ilə bağlı tapşırığın yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı şəhid olmuşdur. 

Şəhidlik zirvəsinə ucalmış Zahid Səlimov ailəli idi, onun 2 övladı var.

Təsisçi və baş redaktor Vahid İsmayılov.

Şəffaflıq.az. 



Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}