Koronavirus çay suyunda nə qədər yaşaya bilir? - Alimlər müəyyən ediblər


 

Tullantı suların sızma ehtimalı hər yerdə var!

Yeni tip koronavirus çay suyuna düşərkən, 25 günə qədər yaşaya bilir. Bu, nəticəsi «medRxiv» tibb portalında dərc olunmuş tədqiqat zamanı məlum olub.

Belə nəticəyə Polşa və Britaniya alimləri gəliblər. Onlar çay suyuna tullantı suların sızdığı təqdirdə və yoluxmuş su sistemi ilə təmas zamanı çay suyunda virusun yaşama müddətini qiymətləndiriblər. Qeyd olunur ki, tullantı suları böyük sızmalar, qəzalar və ya tullantı suların təmizləmə vasitələrinin olmaması səbəbilə, su sisteminə (çay suyuna) birbaşa düşə bilər.

Misial olaraq, koronavirus pandemiyası zamanı böyük sızmaların Amerika Birləşmiş Ştatlarında (ABŞ - Corciya, Florida və Nyu-York ştatları), İspaniyada (Əndəlus muxtar cəmiyyətində) yer almış olduğunu önə çəkmək olar.

«Təbii su sistemləri SARS-CoV-2 virusunun ötürülmə kanalı ola bilər. Biz, bu nəticəyə gəldik ki, virus 25 günə qədər stabil qala bilir» - tədqiqat materiallarında deyilir.

Alimlərin qiymətləndirməsinə görə, COVİD-19 virusu ilə yoluxma üçün su hövzəsində virus hissəciyinin konsentrasiyası 100 ml suda 100 nisbətində olmalıdır. Ən yüksək yoluxma təhlükəsi su istehlakının aşağı səviyyədə olduğu, yoluxmuş əhalinin sayının çox olduğu və su hövzəsinə düşən tullantı suyun zəif «durulaşma»sının yer aldığı dövlətlərdə aşkar olunub.

Bu kateqoriyaya İspaniya, Böyük Britaniya və Marokko aid edilir. Yoluxmuş su hövzəsi ilə təmas zamanı bu ölkələrdə insan, tullantı suyun sızmasından sonra gün ərzində 468-dən artıq virus hissəciyi ala bilər ki, bu da yüksək yoluxma riski yaradır.

Nisbətən az yoluxma təhlükəsi Kanadada, Norveçdə və Venesuelada müəyyən edilib.

Eyni zamanda, suyun temperaturunun rolu da qeyd olunur. Belə ki, virus hissəciklərinin konsentrasiyası uzun müddət ərzində soyuq suda daha yüksək səviyyədə qala bilir.

«Aparılmış analiz göstərir ki, tullantı suyun sızması baş vermiş çaylar və sahil suları ilə təmaslar, yoluxma riskini aşağı salmaq üçün minimuma endirilməlidir» - tədqiqat materiallarında deyilir.

O da məlumdur ki, «Böyük Bakı»nın (Abşeron yarımadası) su istehlakının 75-80 faizi Kür suyu hesabına ödənir. Kür (Araz) çaylarının suyunun ifrat çirkli olması barədə müxtəlif fikirlər var, köklü araşdırmalar aparılıb. Belə ki, 3 Cənubi Qafqaz ölkəsinin bütün məişət və sənaye tullantı suları tamamilə Kür və Araz çaylarına axıdılır - əksər halarda təmizlməyə məruz qoyulmadan. Kür-Abşeron su kəmərləri ilə Bakıya gətirilən və içməli su adı ilə əhaliyə verilən su «suqovuşan» adlı ərazidən 100 kilometr aşağıda Kür çayından götürülür. Yuxarıda qeyd etdik ki, çay suyuna tullantı suların düşmə ehtimalı hər yerdə var. Xüsusilə, bu məsələdə qonşu Ermənistan və Gürcüstan amilini nəzərdən qaçırmaq olmaz…

Bütün bunlardan dolayı, hesab edirik ki, Azərbaycan hökuməti və «Azərsu» Səhmdar Cəmiyyəti bu istiqamətdə təxirəsalınmaz tədbirlər görməli, qısa zaman kəsiyində Kür suyundan tamamilə imtina edilməsi məsələsinə baxmalıdır. Çünki indiki halda, KÜR SUYU BÖYÜK TƏHLÜKƏ MƏNBƏYİDİR!


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}