NATO-RUSİYA MÜNASİBƏTLƏRİ QORXUDUR – Müharibə də mümkündür
2014-cü ildən üzübəri NATO ilə Rusiya hərbi qüvvələri münaqişə astanasına çatıb, çünki bundan əvvəl mövcud olmuş rabitə kanalları fəaliyət göstərmir.
Silahlı münaqişə nə alyansa, nə də Rusiyaya lazım deyil. Ona görə də vacibdir ki, tərəflər prioritet qaydada hərbi cəbhələşmə risklərinin azaldılması işlərini tənzimləsinlər. Bu barədə «The National Interest» nəşrində Rusiya-ABŞ münasibətləri üzrə ekspertlər Sergey Roqovun, Adam Tomsonun və Aleksandr Verşbounun dərc olunmuş məqaləsində söhbət açılır.
Ekspertlərin yazdığı kimi, son 4 ayda təhlükəsizlk məsələləri üzrə 30-dan artıq mütəxəssis, istefada olan diplomat və sabiq ABŞ, Rusiya və Avropa ölkələri hərbçisi diskusiya aparırlar ki, NATO və Rusiya məqsədli olmayan münaqişə təhlükələrini necə azalda bilərlər? Və onların hamısı bu nəticəyə gəlirlər ki, belə toqquşmaların perspektivi ehtimalı getdikcə artır və həyəcan doğurur.
Təhlükələrin ilk səbəbləri barədə ekspert qrupu iştirakçılarının fikirləri əhəmiyyətli dərəcədə haçalansa da onların hamısı bu fikirlə razılaşırlar ki, «kimdir günahkar» mövzusunda mübahsəyə baş vurmaq əvəzinə, diqqəti praktik tədbirlərə yönəltmək lazımdır.
«Hərbi gərginliyi azaltmağa kömək edəcək konkret fəaliyyətə keçmək və böhranı aradan qaldırmaq lazımdır. Böhranın dərinləşməsi daha pisinə çevrilə bilər» - müəlliflər yazırlar.
Onların fikrincə, vəziyyət daha fəal dialoqun aparılmasını, siyasətçilər və hərbçilər arasında təmasların bərpasını israrla tələb edir. Məsələn, əgər rusiyalı hərbi qərargah rəislərilə ABŞ birləşmiş qərargah rəisləri komitəsinin nümayəndəsi, NATO Avropa qüvvələri Ali komandanlığının sədri arasında tez-tez görüşlər keçirilərsə, bu, gərginliyin azaldılmasına kömək edər və hərbçilər arasında anlaşılmazlıq ehtimalını azaldar. NATO və Rusiya həm də təlimlər zamanı əlavə şəffaflıq barədə düşünməlidirdlər.
Müxtəlif tədbirlər arasında onlar ilkin xəbərdarlıq müddətinin artırılması və müşahidə üçün məhdudiyyətlərin azaldılması barədə düşünməlidirlər.
Bundan başqa, yeni silahlara yönəlik şəffaflığın gücləndirilməsi də böyük əhəmiyyət daşıyır.
«NATO ölkələri və Rusiya arasında münasibətlər mürəkkəb və qeyri-sabitdir. Münasibətləri daha pozitiv müstəviyə keçirmək üçün hər iki tərəfdən razılaşdırılmış səylər lazım gələcək… Heç kim təsadüfən və ya gözlənilməz halda müharibə uçurumuna yuvarlanmaq marağında deyil» - müəlliflər yazını bu fikirlə tamamlayırlar.
Şəffaflıq.az
Facebook-da paylaş