Misli Premyer Liqasında VII turun daha iki oyunu bu gün keçiriləcək.
Misli Premyer Liqasında VII turun daha iki oyunu bu gün keçiriləcək. Şəffaflıq.az-ın məlumatına görə, günün ilk matçında "Kəpəz" "Qarabağ"ın qonağı olacaq. Qarşılaşma saat 17:00-da start götürəcək. Rəqiblərindən bir görüş az keçirən Ağdam klubu 10 xalla 5-ci pillədə qərarlaşıb. Altı oyunun hamısında məğlub olan Gəncə təmsilçisi 12-ci sıradadır. Günün ikinci matçında "Turan Tovuz" səfərdə "Sumqayıt"la üz-üzə gələcək. Qarşılaşma saat 19:30-da başlayacaq. Meydan sahibləri 11 xalla 4-cü, qonaqlar 12 xalla 3-cüdür. Misli Premyer Liqası I dövrə, VII tur 4 oktyabr (şənbə) 17:00. "Qarabağ" – "Kəpəz" Hakimlər: Nicat İsmayıllı, Rahil Ramazanov, Kərim Zeynalov, Vüqar Həsənli VAR: Əli Əliyev AVAR: Rəşad Əhmədov Hakim-inspektor: Babək Quliyev AFFA nümayəndəsi: Asif Əliyev "Azersun Arena" 19:30. "Sumqayıt" – "Turan Tovuz" Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Şirmamed Mamedov, Əkbər Əhmədov VAR: Rəvan Həmzəzadə AVAR: Akif Əmirəli Hakim-inspektor: Munis Abdullayev AFFA nümayəndəsi: Seymur Səlimli M.H. adına Sumqayıt şəhər stadionu Qeyd edək ki, VII tura oktyabrın 5-də yekun vurulacaq. Ötən gün "Araz-Naxçıvan" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.
Facebook-da paylaş
